18.05.2024 21:30

Bu gün Ali Məclisin deputatı Cəbi İsmayılovun 75 yaşı tamam olur

Bu gün Ali Məclisin deputatı Cəbi İsmayılovun 75 yaşı tamam olur
22 mart 2024 - 10:10
189

Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 35 saylı Kolanı seçki dairəsindən olan deputatı İsmayılov Cəbi Əziz oğlunun 75 yaşı tamam olur.

Cəbi İsmayılov 1949-cu il martın 22-də Şahbuz rayonunun Aşağı Qışlaq kəndində anadan olub, Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. O, tibb üzrə fəlsəfə doktoru, dosentdir.

Cəbi İsmayılova 1991-ci ildə Naxçıvan Muxtar Respublikasının “Əməkdar həkimi”, 1999-cu ildə isə Azərbaycan Respublikasının  “Əməkdar həkimi” fəxri adları verilib.

O, ikinci, üçüncü, dördüncü və beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı seçilib.

Cəbi Əziz oğlu İsmayılov 75 illik yubileyi, eyni zamanda Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi və səhiyyə sistemində səmərəli fəaliyyətinə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri Fərmanı ilə təltif edilib.

Cəbi İsmayılovu 75 illik yubileyi və Ali Məclisin Fəxri Fərmanı ilə təltif olunması münasibətilə təbrik edir, fəaliyyətində uğurlar arzulayırıq.