Azərbaycanı özünə qibləgah seçən dahi – Heydər Əliyev

09 may 2024 - 19:24
660
Müstəqilliyinin bərpasından sonra Azərbaycanın bu qədər böyük nailiyyətlər əldə etməsinin yeganə səbəbi atılan hər bir addımın Heydər Əliyev ideyaları ilə bilavasitə bağlı olmasıdır. Məhz bu ideyaların qətiyyətlə, həm də layiqincə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilməsinin nəticəsidir ki, Azərbaycanın, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının nüfuzu, strateji çəkisi hər keçən gün daha da artır.