Azərbaycanda medianın inkişafında xidmətlərinə görə təltif edilənlər sırasında Ali Məclisin deputatı da var
05 noyabr 2026 - 18:01
299
Noyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Media nümayəndələrinin təltif edilməsi haqqında” Sərəncamına uyğun olaraq Azərbaycanda medianın inkişafında xidmətlərinə görə bir qrup şəxs təltif edilib.
“Tərəqqi” medalı ilə təltif olunanlar sırasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Humanitar siyasət komitəsinin üzvü, Naxçıvan Muxtar Respublikasının əməkdar jurnalisti Babayeva Təhminə Adil qızı da var.
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi və Aparatı adından Təhminə Babayevanı təbrik edir, gələcək fəaliyyətində yeni uğurlar arzulayırıq.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti
Elanlar
Gündəlik