21.05.2026 03:46
AZ | EN

Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi Baş katibinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Konqresdə Azərbaycanı təmsil edən nümayəndələr arasında görüş keçirilib

Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi Baş katibinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Konqresdə  Azərbaycanı təmsil edən nümayəndələr arasında görüş keçirilib
20 may 2026 - 19:37
129

Azərbaycan Respublikasında keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF) 13-cü sessiyasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin Baş katibi Mathieu Morinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyasında rəhbər şəxslərlə görüşüb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov, sədr müavini  Arzu Abdullayev və Ali Məclisin deputatı Xumar Məmmədovanın da iştirak etdiyi görüşdə gələcək əməkdaşlıq imkanları müzakirə edilib.

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti