Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib
Dekabrın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sosial siyasət komitəsinin iclası keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sosial siyasət komitəsinin sədri Yeganə Məmmədova diqqətə çatdırıb ki, iclasın gündəliyinə “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanun layihəsinin müzakirəsi daxildir.
Sonra gündəlikdə duran məsələ ətrafında müzakirələr aparılıb.
Deputatlardan Rizvan Məmmədov, Fərəc Fərəcov, Yeganə Məmmədova, Yazgül Rzayeva, Turan Məmmədli və İsa Məmmədov müzakirə olunan məsələ ilə bağlı suallarını səsləndiriblər.
Səsləndirilən suallara Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının rəhbəri Fərid Bağırzadə aydınlıq gətirib.
Müzakirələrdən sonra qanun layihəsinin ikinci oxunuşda baxılması məqsədilə altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin payız sessiyasının növbəti iclasına təqdim olunması üçün qərar qəbul edilib.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti