Ali Məclisin Mətbuat Xidmətinin məlumatı
26 aprel 2024 - 09:20
121
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov 25 aprel 2024-cü il tarixdə "F.T.Bağırzadənin Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin edilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Fərid Talətdin oğlu Bağırzadəyə həvalə edilib.