23.11.2024 12:07

Ali Məclisin Mətbuat xidmətinin məlumatı

Ali Məclisin Mətbuat xidmətinin məlumatı
12 avqust 2024 - 14:31
1027

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavini Anar İbrahimov 12 avqust 2024-cü il tarixdə “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyasının çağırılması haqqında” Qərar imzalayıb.

Qərara əsasən 2024-cü il avqust ayının 12-dən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyası çağırılır.

Növbədənkənar sessiyanın gündəliyinə “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında" Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi və Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının tərkibində dəyişiklik edilməsi ilə bağlı məsələlər verilib.

Qeyd edək ki, “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsi Ali Məclisin rəsmi internet saytında (alimajlis.gov.az) yerləşdirilərək ictimai müzakirəyə çıxarılıb.