Ali Məclisin Mətbuat xidmətinin məlumatı
07 may 2024 - 14:37
648
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov 7 may 2024-cü il tarixdə “Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində olan peşə təhsili müəssisələrinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Fərman imzalayıb.
Fərmana əsasən Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbi publik hüquqi şəxsi və Naxçıvan Şəhər Peşə Liseyi birləşdirilib və onların bazasında “Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzi” publik hüquqi şəxsi yaradılıb, Şərur və Ordubad Texniki Peşə və Sürücülük məktəbləri Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində peşə liseyinə çevrilməklə publik hüquqi şəxs statusu alıblar.