24.11.2024 13:23

Ali Məclisin mətbuat xidmətinə və Aparatın İqtisadi məsələlər şöbəsinin Büdcə nəzarəti sektoruna yeni rəhbər təyin olunub

Ali Məclisin mətbuat xidmətinə və Aparatın İqtisadi məsələlər şöbəsinin Büdcə nəzarəti sektoruna yeni rəhbər təyin olunub
15 aprel 2024 - 15:50
117

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimovun imzaladığı 15 aprel 2024-cü il tarixli sərəncamlara [1] [2] əsasən Rəmzi Elşən oğlu İbrahimov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr sektorunun müdiri, Firudin Teymur oğlu Məmmədov isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının İqtisadi məsələlər şöbəsinin Büdcə nəzarəti sektorunun müdiri təyin ediliblər.

Qeyd edək ki, Rəmzi İbrahimov bundan əvvəl Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr sektorunun baş məsləhətçisi, Firudin Məmmədov isə Aparatın Deputatlarla, komitələrlə və komissiyalarla iş şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışıblar.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti