21.11.2024 13:28

Ali Məclisin komitə iclasında qanun layihəsi ikinci oxunuşda müzakirə edilib

Ali Məclisin komitə iclasında qanun layihəsi ikinci oxunuşda müzakirə edilib
24 may 2024 - 12:20
817

Mayın 24-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq siyasəti komitəsinin iclası keçirilib.

İclasa sədrlik edən Ali Məclisin Hüquq siyasəti komitəsinin sədri İsmayıl Qəribli iclasın gündəliyinə birinci oxunuşda olan “Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsinə təklif olunan dəyişikliklərin müzakirəsinin daxil edildiyini deyib.

Komitə sədri qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 22 may 2024-cü il tarixli iclasında birinci oxunuşda olan müvafiq qanun layihəsinə dəyişikliklər edilməsi ilə bağlı deputatlar tərəfindən, eləcə də müvafiq sorğu əsasında Naxçıvan Muxtar Respublikasının Ədliyyə və Maliyyə nazirlikləri, Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsi tərəfindən edilmiş təkliflər qeydə alınıb. Ali Məclisin Hüquq siyasəti komitəsi Ali Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq təkliflərin müzakirəsini həyata keçirməlidir.

Qanun layihəsinə təklif olunan dəyişikliklərlə bağlı Ali Məclis Aparatının Qanunvericilik və hüquq məsələləri şöbəsinin müdiri Cəlil Rüstəmov məlumat verib.

İclasda “Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Qanununun yenidən işlənilmiş layihəsi ikinci oxunuşda Ali Məclisin plenar iclasına tövsiyə olunub.

Bununla da iclas öz işini başa çatdırıb.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti