19.04.2026 15:11
AZ | EN

Ali Məclisin komitə iclasında hökumətin hesabatı müzakirə olunub

Ali Məclisin komitə iclasında hökumətin  hesabatı müzakirə olunub
01 aprel 2026 - 17:56
269

Aprelin 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İqtisadi siyasət komitəsinin növbəti iclası keçirilib.

Komitə sədri Mübariz Bayramov  iclasın gündəliyinə “Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nın müzakirəsinin daxil edildiyini bildirib.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Aparatının İqtisadiyyat şöbəsinin müdir müavini, şöbə müdiri vəzifələrini müvəqqəti icra edən Yaqub Məmmədov, Aqrar və ekoloji məsələlər şöbəsinin müdiri Orxan Babayev, Maliyyə və büdcə məsələləri şöbəsinin müdiri Tural Şirəlizadə, İnfrastruktur təminatı şöbəsinin Tikinti və şəhərsalma sektorunun müdiri Vüqar Kazımov hesabat barədə məlumat verib, deputatlar tərəfindən səsləndirilən fikirlərə münasibət bildirib, suallara aydınlıq gətiriblər.

Müzakirə olunan məsələ ilə əlaqədar İqtisadi siyasət komitəsinin rəyi oxunub, “Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı” Ali Məclisin müzakirəsinə tövsiyə olunub.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti