Ali Məclisin İqtisadi siyasət komitəsinin iclası keçirilib
13 iyul 2026 - 15:49
89
İyulun 13-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İqtisadi siyasət komitəsinin növbəti iclası keçirilib.
Komitə sədri Mübariz Bayramov gündəlikdə duran məsələnin üçüncü oxunuşda olan “Naxçıvan Muxtar Respublikasının 2025-ci il büdcəsinin icrası haqqında” Naxçıvan Muxtar Respublikasının qanun layihəsinin müzakirəsi olduğunu bildirib.
İclasda Naxçıvan Muxtar Respublikası maliyyə nazirinin müavini Elvin Əlimərdanov qanun layihəsi ilə bağlı məlumat verib.
Sonra “Naxçıvan Muxtar Respublikasının 2025-ci il büdcəsinin icrası haqqında” Naxçıvan Muxtar Respublikasının qanun layihəsi Ali Məclisin plenar iclasının müzakirəsinə təqdim olunub.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti
Elanlar
Gündəlik