21.11.2024 15:20

Ali Məclisin İntizam komissiyasının ilk iclası keçirilib

Ali Məclisin İntizam komissiyasının ilk iclası keçirilib
13 fevral 2024 - 17:54
823

Fevralın 13-də Ali Məclisin İntizam komissiyasının ilk iclası keçirilib. İclasa sədrlik edən komissiyanın üzvü Hüseyn Niftəliyev bildirib ki, iclasda komissiyanın 5 üzvü, Aparatın Deputatlarla, komitələrlə və komissiyalarla iş şöbəsinin məsul şəxsləri iştirak edir. O qeyd edib ki, komissiyanın ilk iclasının gündəliyinə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İntizam komissiyasının sədrinin, sədr müavininin və katibinin seçilməsi məsələləri daxildir.

Hüseyn Niftəliyev diqqətə çatdırıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2024-cü il 1 fevral tarixli qərarı ilə İntizam komissiyası yaradılıb və komissiyanın 5 üzvdən ibarət tərkibi təsdiq edilib. Daxili Nizamnaməyə əsasən İntizam komissiyası deputatlar sırasından 1 il müddətinə seçilir və sonra üzvləri sırasından komissiyanın sədrini, sədr müavinini və katibini seçir.

İntizam komissiyasının sədri vəzifəsinə komissiyanın üzvü Ehtimad Məmmədov təklif edilib.

Gündəlikdə duran məsələ ilə əlaqədar qərar səsə qoyulub, komissiyanın üzvü Ehtimad Məmmədov İntizam komissiyasının sədri seçilib.

İclasda həmçinin İntizam komissiyasının sədr müavini vəzifəsinə komissiyanın üzvü Vüsalə Əliyevanın, katibi vəzifəsinə isə komissiyanın üzvü Tofiq Babayevin namizədlikləri irəli sürülüb.

Məsələ ilə əlaqədar qərar səsə qoyularaq qəbul olunub.

Bununla da iclas öz işini başa çatdırıb.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti