Ali Məclisin Hüquq siyasəti komitəsinin növbəti iclası keçirilib
13 iyul 2026 - 13:28
159
İyulun 13-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq siyasəti komitəsinin növbəti iclası keçirilib.
Komitə sədri Əjdər Əliyev iclasın gündəliyinin üçüncü oxunuşda olan “Normativ hüquqi aktlar haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” və “Naxçıvan Muxtar Respublikasının fəxri adları haqqında” Naxçıvan Muxtar Respublikasının qanun layihələrinin müzakirəsi olduğunu bildirib.
İclasda gündəlikdə duran məsələlərlə bağlı komitə sədri məlumat verdikdən sonra qanun layihələri Ali Məclisin plenar iclasında müzakirəsinə təqdim olunub.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti
Elanlar
Gündəlik