27.06.2026 19:32
AZ | EN

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib

Ali Məclisin Hüquq siyasəti  komitəsinin iclası keçirilib
17 iyun 2026 - 19:09
147

İyunun 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq siyasəti komitəsinin növbəti iclası keçirilib.

Komitə sədri Əjdər Əliyev iclasın gündəliyinin birinci oxunuşda olan “Normativ hüquqi aktlar haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” və “Naxçıvan Muxtar Respublikasının fəxri adları haqqında” Naxçıvan Muxtar Respublikasının qanun layihələrinin müzakirəsi olduğunu bildirib.

İclasda gündəlikdə duran məsələlərlə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Qanunvericilik və hüquq məsələləri şöbəsinin müdiri Rahib Kərimov məlumat verdikdən sonra qanun layihələri Ali Məclisin plenar iclasında müzakirəsinə təqdim olunub.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti