Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2024-cü il 1 fevral tarixli 38-VI QR nömrəli Qərarı ilə təsdiq edilmiş Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2024-cü il yaz sessiyasının qanunvericilik işləri planında “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin hazırlanması nəzərdə tutulub.
30 may 2024-cü il tarixdə Ali Məclisin Hüquq siyasəti komitəsinin iclasında müvafiq qanun layihəsinin ilkin variantı ilə bağlı müzakirə keçirilib. İclasda komitə üzvləri tərəfindən edilən təkliflər nəzərə alınmaqla, layihə üzrə işin davam etdirilməsi və növbəti müzakirələrin keçirilməsi qərara alınıb.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti