09.11.2026 20:11
AZ | EN

Ali Məclisin deputatları və Aparatın kollektivi Zəfər abidəsini ziyarət edib

Ali Məclisin deputatları və Aparatın kollektivi  Zəfər abidəsini ziyarət edib
08 noyabr 2026 - 14:20
112

Noyabrın 8-də Zəfər Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Arzu Abdullayev, Ali Məclisin deputatları və Aparatın kollektivi Naxçıvan şəhərindəki Zəfər abidəsini ziyarət ediblər.

 

Ziyarət zamanı abidənin önünə gül dəstələri qoyulub, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsi ehtiramla yad edilib.

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti