05.11.2026 09:14
AZ | EN

Ali Məclisin deputatları və Aparatın kollektivi sərgi-satış yarmarkasını ziyarət edib

Ali Məclisin deputatları və Aparatın kollektivi sərgi-satış yarmarkasını ziyarət edib
04 noyabr 2026 - 21:08
50

Noyabrın 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları və Aparatın kollektivi Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında “Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən fiziki imkanları məhdud şəxslərin və istedadlı qadınların rəsm əsərləri, əl işləri və ailə təsərrüfatı məhsullarından ibarət sərgi-satış yarmarkasında iştirak ediblər.

Məlumat verilib ki, keçirilən sərgi-satış yarmarkasında, ümumilikdə, 300-ə yaxın müəllifə məxsus 12 mindən artıq müxtəlif əl işi və ailə təsərrüfatı məhsulu nümayiş olunur.