Ali Məclisin 2026-cı il payız sessiyasının növbəti plenar iclasının vaxtı və gündəliyi
Yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2026-cı il payız sessiyasının 25 noyabr tarixində keçiriləcək üçüncü iclasının gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1. “Naxçıvan Muxtar Respublikasının 2027-ci il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsi (birinci oxunuş)
2.“Naxçıvan Muxtar Respublikasının 2023-cü il 1 avqust tarixli 26-VI QN nömrəli Qanunu ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsi (ikinci oxunuş)
3. “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitələri haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsi (ikinci oxunuş)
4. “Normativ hüquqi aktlar haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının 2026-cı il 14 iyul tarixli 25-VII QN nömrəli Qanununda dəyişiklik edilməsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsi (ikinci oxunuş)
Elanlar
Gündəlik