10.07.2026 21:40
AZ | EN

Ali Məclis Aparatının əməkdaşı “Yüksəliş” müsabiqəsinin finalçısı olub

Ali Məclis Aparatının əməkdaşı “Yüksəliş” müsabiqəsinin finalçısı olub
10 iyul 2026 - 17:38
94

Altıncı “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsinin nəticələrinə əsasən, Ali Məclis Aparatının əməkdaşı Nəcəfov Kərim Cabbar oğlu müsabiqənin final mərhələsində iştirak hüququ qazanıb.

Bu il müsabiqədə iştirak etmək üçün 17 651 nəfər qeydiyyatdan keçib. Müxtəlif seçim mərhələlərini uğurla tamamlayan 326 namizəd yarımfinalda iştirak edib, onlardan yalnız 130 nəfər final mərhələsinə vəsiqə qazanıb.

Üç gün davam edən yarımfinal mərhələsində iştirakçılar ekspertlər tərəfindən strateji düşüncə, effektiv liderlik, qərarvermə, nəticəyönümlülük, adaptivlik, innovativ düşüncə, komanda işi və əməkdaşlıq, işin effektivliyinin idarə edilməsi, eləcə də etika və dürüstlük olmaqla 9 səriştə üzrə qiymətləndirilib.

Altıncı “Yüksəliş” müsabiqəsinin final mərhələsi 17–19 iyul tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək.

Qeyd edək ki, çalışdığı sahədə intellektual səviyyəsi və idarəetmə bacarıqları ilə fərqlənən potensialları üzə çıxaran və kadr ehtiyatı bankının yaradılmasını təmin edən “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə təsis olunub.

Əməkdaşımızı bu uğuru münasibətilə təbrik edir, final mərhələsində ona uğurlar arzulayırıq.

Qeyd edək ki, Kərim Nəcəfov ötən il beşinci “Yüksəliş” müsabiqəsinin də finalçısı olub.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti