31 Mart-Azərbaycanlıların Soyqırımı Günü
1918-ci ilin martında təcavüzkar erməni millətçiləri tərəfindən xalqımıza qarşı soyqırımı və deportasiya həyata keçirilib, Bakıda, Naxçıvanda, Qubada, Şamaxıda və digər bölgələrimizdə minlərlə insan qətlə yetirilib. Azərbaycanlılara qarşı törədilmiş soyqırımlara ilk dəfə hüquqi-siyasi qiymət verən Ümummilli Liderimiz Heydər Əliyev demişdir: “Qarşımızda duran əsas vəzifələrdən biri xalqımıza qarşı həyata keçirilən soyqırımı haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaq, onun ağır nəticələrinin aradan qaldırılmasına və bir daha belə halların təkrar olunmamasına çalışmaqdır. Bunun üçün isə yalnız möhkəm və yenilməz milli birlik nümayiş etdirməliyik”. Düşmənin iki yüzillik əsassız iddialarının boşa çıxması, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müzəffər Ali Baş Komandanlığı sayəsində Vətən müharibəsində qazandığımız Tarixi Qələbə ilə əzəli torpaqlarımızın işğaldan azad edilməsi haqqın qələbəsidir, xalqımıza qarşı törədilən soyqırımı siyasətinə ən tutarlı cavabdır.