26 Fevral - Xocalı soyqırımı

26 fevral 2025 - 09:14
78
33 il əvvəl Xocalıda insanlıq tarixinə qara hərflərlə yazılan bir faciə yaşandı. Günahsız körpələr, qadınlar, yaşlılar amansızcasına qətlə yetirildi. Lakin xalqımız bu yarayla yaşadı, o günü unutmadı və unutdurmadı!
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən həyata keçirilən 44 günlük Vətən müharibəsində, eləcə də antiterror tədbirləri zamanı Xocalı soyqırımı qurbanlarının, eləcə də torpaqlarımızın azadlığı uğrunda canını fəda edən bütün Vətən övladlarının qisası alındı.
Bu gün Xocalı qurbanlarının ruhu şaddır, Allah onlara rəhmət eləsin.