1991-ci ilin bu günü Ali Məclisin sessiyasında SSRİ-nin saxlanmasına dair Ümumittifaq referendumunda muxtar respublikanın iştirak etməməsi barədə qərar qəbul edilib
14 mart 2024 - 09:15
1047
14 mart 1991-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında SSRİ-nin saxlanmasına dair 17 mart 1991-ci il tarixə təyin olunan Ümumittifaq referendumunda Naxçıvan Muxtar Respublikasının iştirak etməməsi barədə qərar qəbul edilmişdir. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Ali Məclis tərəfindən qəbul edilən bu tarixi qərar Azərbaycanın, xalqımızın müstəqillik və azadlıq yolunda mühüm hadisələrdən biri, vətənpərvərlik nümunəsidir. İmperiya mərkəzinə bağlı və müstəmləkə təfəkküründən qurtula bilməyən ozamankı Azərbaycanın kommunist rəhbərliyinin Azərbaycanın yenidən Sovetlər imperiyasının tərkibində saxlanılmasına hüquqi don geyindirmək cəhdlərinə qarşı qəbul edilmiş bu qərar xalqın oyanışında mühüm rol oynadı.