21.11.2024 16:38

15 İyun - Milli Qurtuluş Günü Azərbaycanın parlaq gələcəyinə gedən yolun təməlidir

15 İyun - Milli Qurtuluş Günü Azərbaycanın parlaq gələcəyinə gedən yolun təməlidir
14 iyun 2024 - 18:37
986

Ulu Öndər Heydər Əliyevin parlaq ideyalarını layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev siyasi fəaliyyətini ölkəmizin heç bir güc mərkəzindən asılı olmayaraq müstəqil siyasət aparmasına, hər bir sahədə xalqın mənafeyinin qorunmasına həsr edib. Bunun nəticəsidir ki, Azərbaycanın uğurlu inkişafı təmin edilib. Azərbaycan Vətən müharibəsində 44 gün ərzində mənfur düşməni tamamilə darmadağın edərək 30 ilə yaxın işğalda saxlanılan torpaqlarını qəsbkarlardan azad etdi. Əgər Ümummilli Liderimiz 1993-cü ildə ali hakimiyyətə qayıdışı ilə Azərbaycanın müstəqilliyini parçalanmaqdan, məhv olmaqdan qoruyub xilas etdisə, cənab İlham Əliyev isə ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa etdi.

Azərbaycanın bugünkü siyasi, iqtisadi uğurları, hərbi qüdrəti, dünyada böyük nüfuz qazanaraq mühüm qlobal problemlərin həllində qətiyyətli söz sahibinə çevrilməsi, məhz Milli Qurtuluşun bəhrələridir.

Azərbaycan Milli Qurtuluşunun növbəti ildönümünü qeyd edir. Ötən dövr onu göstərdi ki, Azərbaycanın işıqlı gələcəyi yalnız dahi şəxsiyyət Heydər Əliyev yolundan keçir. O yol ki, bizi Ağdama, Kəlbəcərə, Füzuliyə, Zəngilana apardı… O yol ki, Dünya Azərbaycanlılarını Şuşada görüşdürdü… O yol ki, qədim Naxçıvanı Ana Vətənə bağlayacaq… Və qalib xalq olaraq bundan sonra bu yolda atdığımız hər bir addım müstəqilliyimizi daha da gücləndirəcək!