27.07.2024 10:32

100 yaşlı Kükü kənd məktəbinin iki müəllimi təltif edilib

100 yaşlı Kükü kənd məktəbinin iki müəllimi təltif edilib
07 iyun 2024 - 18:42
762

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov 07 iyun 2024-cü il tarixdə “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, 100 illik yubileyini qeyd edən Kükü kənd tam orta məktəbinin müəllimləri Kərimov Zaur Yusif oğlu və Seyidova Səidə Səməd qızına Naxçıvan Muxtar Respublikasında təhsil sahəsində səmərəli fəaliyyətlərinə görə “Əməkdar müəllim” fəxri adı verilib.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti