“Naxçıvan Qida Təhlükəsizliyi İnstitutu” yaradılıb

18 mart 2024 - 16:30
616
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimovun 18 mart 2024-cü il tarixdə imzaladığı “Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmana əsasən Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyinin tabeliyində publik hüquqi şəxs statuslu “Naxçıvan Qida Təhlükəsizliyi İnstitutu” yaradılıb.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti