“Naxçıvan Muxtar Respublikasının 2025-ci il büdcəsinin icrası haqqında” Naxçıvan Muxtar Respublikasının qanun layihəsi Ali Məclis komitələrinin birgə iclasında müzakirə edilib
Mayın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsinə əsasən aparıcı komitə təyin olunan İqtisadi siyasət komitəsinin sədri Mübariz Bayramovun sədriliyi ilə “Naxçıvan Muxtar Respublikasının 2025-ci il büdcəsinin icrası haqqında” Naxçıvan Muxtar Respublikasının qanun layihəsinin müzakirəsi məqsədilə Ali Məclis komitələrinin birgə iclası keçirilib.
Mübariz Bayramov qeyd edib ki, hər il olduğu kimi bu ildə də Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin hazırladığı 2025-ci il üçün Naxçıvan Muxtar Respublikası büdcəsinin gəlir və xərc maddələri üzrə 2025-ci il büdcəsinin icrası ilə bağlı illik hesabatı və müvafiq qanun layihəsi Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən Naxçıvan Muxtar Respublikası Ali Məclisinə təqdim edilib.
Vurğulanıb ki, layihəyə əsasən 2025-ci ildə Naxçıvan Muxtar Respublikası büdcəsinin gəlirləri, ümumilikdə, 493 milyon 143 min manat proqnoza qarşı 450 milyon 644 min 744 manat icra olunaraq göstərici 91,4 faiz səviyyəsində təmin edilib. Büdcə xərcləri isə təsdiq olunmuş 505 milyon 184 min manatın 445 milyon 629 min 730 manatı həcmində və ya 88,2 faiz səviyyəsində icra olunub.
Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Həsən İsmayılov qanun layihəsi barədə məlumat verib.
Qanun layihəsi ilə əlaqədar Ali Məclis Aparatının İqtisadi məsələlər şöbəsinin müdiri Nihad Möhbalıyev, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti Aparatının Maliyyə və büdcə məsələləri şöbəsinin müdiri Tural Şirəlizadə, Ali Məclisin komitə sədrləri və İqtisadi siyasət komitəsinin üzvləri çıxış ediblər.
Gündəlikdə duran məsələ ilə bağlı deputatların sualları cavablandırıldıqdan sonra komitənin rəyi oxunub, “Naxçıvan Muxtar Respublikasının 2025-ci il büdcəsinin icrası haqqında” Naxçıvan Muxtar Respublikasının qanun layihəsi Ali Məclisin plenar iclasının müzakirəsinə təqdim olunub.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti
Elanlar
Gündəlik