05.02.2025 12:49

“Azərbaycanın dövlət və hüquq tarixində Naxçıvan” mövzusunda elmi-praktiki konfrans keçirilib

“Azərbaycanın dövlət və hüquq tarixində Naxçıvan” mövzusunda elmi-praktiki konfrans keçirilib
20 dekabr 2024 - 20:12
80

Dekabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin təşkilatçılığı ilə keçirilən muxtar respublikanın 100 illik yubileyinə həsr olunmuş “Azərbaycanın dövlət və hüquq tarixində Naxçıvan” mövzusunda elmi-praktiki konfransda Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Arzu Abdullayev də iştirak edib.

Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, ulu öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Sonra Heydər Əliyev Muzeyində dahi şəxsiyyətin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlarla tanış olunub.

“Naxçıvan Palas”da davam edən tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Konfransda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Səadət Bəktaşi, AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, Naxçıvan Muxtar Respublikasının Prokuroru Sənan Paşayev, Naxçıvan Dövlət Universitetinin filologiya üzrə fəlsəfə doktoru Şəhla Şirəliyeva və Naxçıvan Şəhər Məhkəməsinin sədri Gülnar Səfərəliyeva çıxış ediblər. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin əməkdaşı, Naxçıvan Yazıçılar Birliyinin üzvü Məftunə Hüseynbəyli “Naxçıvan” poemasından bir parça səsləndirib.