18.05.2024 21:53
Musa Məmməd oğlu VƏLİYEV
Musa Məmməd oğlu VƏLİYEV

Musa Məmməd oğlu VƏLİYEV

Dairə: 8 saylı Düdəngə seçki dairəsi

 

1959-cu il oktyabrın 10-da Şərur rayonunun Dizə kəndində anadan olmuşdur. Naxçıvan Özəl Universitetinin İqtisadiyyat fakültəsini bitirmişdir.

1982-1987-ci illərdə Naxçıvan Meliorasiya və Su Tikinti Trestində iş ustası, 1991-1996-cı illərdə Şərur Neft Bazasında operator, 1996-2002-ci illərdə Naxçıvan Neft Məhsulları Təminatı Müəssisəsində operator, 2003-2007-ci illərdə Şərur Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsində mühəndis vəzifəsində çalışmışdır.

Azərbaycan Respublikasının “Əməkdar kənd təsərrüfatı işçisi” fəxri adı verilmişdir.

Üçüncü, dördüncü və beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur.

Evlidir, 8 övladı var.

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Üzv olduğu komitə və komissiyalar: Ali Məclisin İqtisadi siyasət komitəsi

E-mail: musa.valiyev@alimajlis.gov.az