18.05.2024 22:10
Vasif Yusif oğlu TALIBOV
Vasif Yusif oğlu TALIBOV

Vasif Yusif oğlu TALIBOV

Dairə: 7 saylı Aralıq seçki dairəsi

 

1960-cı il yanvarın 14-də Şərur rayonunun Aşağı Aralıq kəndində anadan olmuşdur. Naxçıvan Dövlət Pedaqoji İnstitutunun Tarix-filologiya fakültəsini və Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir.

1981-1982-ci illərdə Şərur rayonu Dəmirçi kənd orta məktəbində müəllim,1983-1991-ci illərdə Naxçıvan alt trikotaj paltarları fabrikində xüsusi şöbənin rəisi, 1991-1994-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin baş köməkçisi, 1994-1995-ci illərdə Naxçıvan Muxtar Respublikası Baş nazirinin xarici iqtisadi əlaqələr üzrə birinci müavini, 1995-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri vəzifələrində çalışmışdır.

“Şöhrət” və “Şərəf” ordenləri ilə təltif edilmişdir.

Birinci, ikinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin və birinci, ikinci, üçüncü, dördüncü və beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur. Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır.

Evlidir, 3 övladı var.

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Üzv olduğu komitə və komissiyalar: Ali Məclisin Sosial siyasət komitəsi

E-mail: vasif.talibov@alimajlis.gov.az