17.07.2024 21:13
İsa Bünyad oğlu İSAYEV
İsa Bünyad oğlu İSAYEV

İsa Bünyad oğlu İSAYEV

Dairə: 6 saylı Çərçiboğan seçki dairəsi

 

1983-cü il sentyabrın 2-də Şərur rayonunun Çərçiboğan kəndində anadan olmuşdur. 2006-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-kredit fakültəsinin Maliyyə və kredit ixtisasını bitirmişdir.

2007-ci ilin noyabr ayından 2008-ci ilin may ayına qədər “Aqrarkredit” Səhmdar Kredit Təşkilatının Naxçıvan filialında kredit mütəxəssisi və aparıcı kredit mütəxəssisi vəzifələrində işləmişdir. 2008-ci ilin may-sentyabr aylarında “Kapital Bank” ASC-nin Naxçıvan Muxtar Respublikası Baş İdarəsinin Kreditin təşkili və iqtisadiyyat şöbəsində aparıcı kredit mütəxəssisi vəzifəsində, 2008-2011-ci illərdə “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Kredit Departamentində hüquqi şəxslərin kreditləşməsi üzrə mütəxəssis vəzifəsində işləmişdir.

2011-ci ilin dekabr ayından “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin üzvü, İdarə Heyətinin sədr müavini, 2021-ci ilin avqust ayından İdarə Heyətinin sədrinin birinci müavini vəzifəsində çalışır.

Evlidir, 3 övladı var.

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Üzv olduğu komitə və komissiyalar: Ali Məclisin İqtisadi siyasət komitəsinin sədri

E-mail: isa.isayev@alimajlis.gov.az