17.07.2024 20:06
Əmir Baxşəli oğlu BABAYEV
Əmir Baxşəli oğlu BABAYEV

Əmir Baxşəli oğlu BABAYEV

Dairə: 5 saylı Alışar seçki dairəsi

 

1956-cı il sentyabrın 19-da Şərur rayonunun Yuxarı Aralıq kəndində anadan olmuşdur. Naxçıvan Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsini bitirmişdir.

1979-1999-cu illərdə Şərur rayon Sərxanlı kənd orta məktəbində müəllim və direktor, 1999-2007-ci illərdə Şərur Rayon Təhsil Şöbəsində metodist və aparıcı mütəxəssis vəzifələrində işləmişdir. 2007-ci ildən Yeni Azərbaycan Partiyasının Şərur Rayon Təşkilatının sədri vəzifəsində işləyir.

“Tərəqqi” medalı ilə təltif edilmişdir.

Dördüncü və beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur.

Evlidir, 2 övladı var.

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Üzv olduğu komitə və komissiyalar: Ali Məclisin Humanitar siyasət komitəsi, Ali Məclisin Hesablayıcı komissiyası 

E-mail: amir.babayev@alimajlis.gov.az