Dairə: 4 saylı Yengicə seçki dairəsi
1984-cü il yanvarın 10-da Şərur rayonunun Axaməd kəndində anadan olmuşdur. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmiş, Naxçıvan Dövlət Universitetində magistr təhsili almışdır. Eyni zamanda Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi ixtisasını bitirmişdir. 8 elmi məqalənin, 1 fənn proqramının və 1 metodik göstərişin müəllifidir.
2007-2015-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatında məsləhətçi və böyük məsləhətçi, 2015-2020-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının sədri, 2020-2023-cü illərdə “Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi” publik hüquqi şəxsinin sədri vəzifəsində çalışmışdır. 2024-cü ildən Naxçıvan Dövlət Universitetinin Hüquq bölməsinin müdiri vəzifəsində işləyir.
Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı İdarə Heyətinin üzvüdür.
2009-cu ildən Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakültəsinin “Hüquq fənləri” kafedrasında müəllim, 2022-ci ildən baş müəllim işləyir.
“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir.
Evlidir, 3 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası
Üzv olduğu komitə və komissiyalar: Ali Məclisin Hüquq siyasəti komitəsinin sədri
E-mail: ismayil.garibli@alimajlis.gov.az