17.07.2024 21:26
Telman Əsəd oğlu İBADOV
Telman Əsəd oğlu İBADOV

Telman Əsəd oğlu İBADOV

Dairə: 45 saylı Aza seçki dairəsi

 

1947-ci il sentyabrın 18-də Ordubad rayonunun Biləv kəndində anadan olmuşdur. Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsini bitirmişdir.

1967-1971-ci illərdə L.Şmidt adına zavodda tibb qardaşı, 1971-1973-cü illərdə Culfa Dəmiryol Xəstəxanasında həkim-cərrah, 1973-1993-cü illərdə Ordubad Rayon Mərkəzi Xəstəxanasında baş həkim, 1993-1996-cı illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Kadrlar, Elm və Tədris Müəssisələri Baş İdarəsində aparıcı mütəxəssis, 1996-2003-cü illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Birinci Poliklinikasında baş həkim və 2003-2005-ci illərdə 3 saylı Bakı şəhər Klinik Xəstəxanasında baş həkim vəzifəsində çalışmışdır. 2005-ci ildən Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının baş həkimi, 2021-ci ildən isə direktor müavini vəzifəsində işləyir.

Azərbaycan Respublikasının “Əməkdar həkimi” fəxri adı verilmiş, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-1920)” yubiley medalı ilə təltif edilmişdir.

Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur.

Evlidir, 4 övladı var.

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Üzv olduğu komitə və komissiyalar: Ali Məclisin Sosial siyasət komitəsi, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində Vətəndaşların tibbi xidmətlər üçün xarici ölkələrə göndərilməsi üzrə Komissiyanın sədri

E-mail: telman.ibadov@alimajlis.gov.az