17.07.2024 20:59
Tofiq Süleyman oğlu BABAYEV
Tofiq Süleyman oğlu BABAYEV

Tofiq Süleyman oğlu BABAYEV

Dairə: 44 saylı Vənənd seçki dairəsi

 

1974-cü il fevralın 11-də Ordubad rayonunun Dəstə kəndində anadan olmuşdur. Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirmişdir.

1999-cu ildən Ordubad rayon Dəstə bələdiyyəsinin sədri, eyni zamanda 2006-cı ildən Naxçıvan Muxtar Respublikası Kənd Bələdiyyələri Assosiasiyasının sədri və Azərbaycan Respublikası Kənd Bələdiyyələri Assosiasiyasının sədr müavini vəzifələrində çalışır. Ordubad rayon Dəstə kənd Yeni Azərbaycan Partiyası ərazi təşkilatının sədridir.

“Rəşadətli əməyə görə” nişanı ilə təltif edilmişdir.

Üçüncü, dördüncü və beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur.

Evlidir, 2 övladı var.

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Üzv olduğu komitə və komissiyalar: Ali Məclisin İqtisadi siyasət komitəsi, Ali Məclisin İntizam komissiyasının katibi

E-mail: tofig.babayev@alimajlis.gov.az