18.05.2024 22:10
Əhəd Məmməd oğlu CƏFƏRLİ
Əhəd Məmməd oğlu CƏFƏRLİ

Əhəd Məmməd oğlu CƏFƏRLİ

Dairə: 43 saylı Yuxarı Əylis seçki dairəsi

 

1956-cı il dekabrın 5-də Ordubad rayonunun Dırnıs kəndində anadan olmuşdur. Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsini bitirmişdir.

1980-1981-ci illərdə N.Nərimanov adına Naxçıvan Muxtar Respublika Xəstəxanasında həkim-interna, 1981-1982-ci illərdə Ordubad rayon Vənənd kənd Sahə Xəstəxanasında həkim-terapevt, 1982-2009-cu illərdə Ordubad rayon Dırnıs kənd Həkim Ambulatoriyasında həkim işləmişdir. 2009-cu ildən həmin ambulatoriyanın baş həkimi vəzifəsində çalışır.

“Tərəqqi” medalı ilə təltif edilmişdir.

Üçüncü, dördüncü və beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur.

Evlidir, 4 övladı var.

Partiya mənsubiyyəti: Azərbaycan Xalq Cəbhəsi Partiyası

Üzv olduğu komitə və komissiyalar: Ali Məclisin Sosial siyasət komitəsinin sədr müavini

E-mail: ahad.jafarli@alimajlis.gov.az