Dairə: 42 saylı Ordubad şəhər seçki dairəsi
1960-cı il iyunun 22-də Ordubad şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirmişdir.
1981-1982-ci illərdə Liviya Ərəb Respublikasında hərbi tərcüməçi, 1982-1983-cü illərdə Azərbaycan Dövlət Universitetində hərbi tərcüməçi, 1983-1986-cı illərdə İraq Respublikasında hərbi tərcüməçi, 1986-1987-ci illərdə Ordubad rayon Gənzə kənd Mədəniyyət Evində direktor, 1987-1991-ci illərdə Ordubad Rayon Ekskursiya və Səyahətlər Bürosunda metodist, 1991-2000-ci illərdə Ordubad Rayon Məşğulluq Mərkəzində direktor vəzifələrində çalışmışdır. 2000-ci ildən Ordubad bələdiyyəsinin sədridir.
“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir.
Üçüncü, dördüncü və beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur.
Evlidir, 2 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası
Üzv olduğu komitə və komissiyalar: Ali Məclisin Hüquq siyasəti komitəsi
E-mail: eldar.zeynalov@alimajlis.gov.az