18.05.2024 20:26
Ehtibar Şəhrud oğlu İSMAYILOV
Ehtibar Şəhrud oğlu İSMAYILOV

Ehtibar Şəhrud oğlu İSMAYILOV

Dairə: 41 saylı Ordubad şəhər seçki dairəsi

 

1959-cu il oktyabrın 7-də Ordubad şəhərində anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunun Avtomatika və telemexanika ixtisasını bitirmişdir.

1982-1992-ci illərdə Kosmik Tədqiqatlar Elm İstehsalat Birliyində bölmə müdiri, 1992-1994-cü illərdə Ordubad Rayon Əmək və Məşğulluq Mərkəzində aparıcı mütəxəssis, 1994-2020-ci illərdə Ordubad Rayon İcra Hakimiyyətində təlimatçı, baş iqtisadçı, icra hakimiyyəti başçısının köməkçisi, icra hakimiyyəti başçısının müavini və şöbə müdiri vəzifələrində işləmişdir. 2020-ci ildən Yeni Azərbaycan Partiyasının Ordubad Rayon Təşkilatının sədridir.

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir.

Evlidir, 3 övladı var.

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Üzv olduğu komitə və komissiyalar: Ali Məclisin İqtisadi siyasət komitəsi, Ali Məclisin Hesablayıcı komissiyası

E-mail: ehtibar.ismayilov@alimajlis.gov.az