18.05.2024 18:32
Nüsrət Firudin oğlu HƏSƏNOV
Nüsrət Firudin oğlu HƏSƏNOV

Nüsrət Firudin oğlu HƏSƏNOV

Dairə: 3 saylı Maxta seçki dairəsi

 

1955-ci il aprelin 1-də Şərur rayonunun Dəmirçi kəndində anadan olmuşdur. Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsini bitirmişdir. Tibb üzrə fəlsəfə doktorudur, 16 elmi əsərin müəllifidir.

1979-1989-cu illərdə Şərur Rayon Mərkəzi Xəstəxanasında həkim-nevropatoloq, 1989-1997-ci illərdə həmin xəstəxanada şöbə müdiri, 1997-2000-ci illərdə həmin xəstəxanada baş həkim vəzifələrində işləmişdir. 2000-ci ildən Şərur Rayon Mərkəzi Xəstəxanasında şöbə müdiri vəzifəsində çalışır. Azərbaycan Nevroloqlar və Tibbi Genetiklər Assosiasiyası və Azərbaycan epilepsiya ilə mübarizə Liqasının üzvü və nəzdində Naxçıvan filialının sədridir.

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə buraxılmış “Xatirə” qızıl medalı, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-1920)” yubiley medalı ilə təltif edilmiş, Azərbaycan Respublikasının “Əməkdar həkimi” fəxri adı verilmişdir.

İkinci, üçüncü, dördüncü və beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur.

Evlidir, 3 övladı var.

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Üzv olduğu komitə və komissiyalar: Ali Məclisin Hüquq siyasəti komitəsi

Üzv olduğu Beynəlxalq təşkilatlar: Ümumdünya Nevroloqlar Federasiyası, Türk Ağsaqqalları Birliyi (TAİB)

E-mail: nusrat.hasanov@alimajlis.gov.az