17.07.2024 20:47
Zəbur David oğlu BAĞIROV
Zəbur David oğlu BAĞIROV

Zəbur David oğlu BAĞIROV

Dairə: 39 saylı Ərəzin seçki dairəsi

 

1986-cı il sentyabrın 18-də Culfa rayonunun Bənəniyar kəndində anadan olmuşdur. Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsini bitirmişdir. 2009-2010-cu illərdə “Türk Kocaeli eğitim araştırma xəstəxanası”nda internatura, 2013-2017-ci illərdə “Türk Kocaeli eğitim araştırma xəstəxanası”nda urologiya ixtisasartırma kursunu bitirmişdir.

2007-2009-cu illərdə Naxçıvan Muxtar Respublika Xəstəxanasında tibb qardaşı, 2010-2016-cı illərdə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində şöbə rəisi, 2017-2018-ci illərdə Naxçıvan Muxtar Respublika Xəstəxanasında şöbə müdiri və 2018-2023-cü illərdə Naxçıvan Muxtar Respublika Xəstəxanasında baş həkim vəzifəsində işləmişdir. Hazırda Bakı şəhərində yerləşən Uniklinika və Bakı Sağlamlıq Mərkəzində işləyir.

Evlidir, 2 övladı var.

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Üzv olduğu komitə və komissiyalar: Ali Məclisin Humanitar siyasət komitəsi

E-mail: zabur.bagirov@alimajlis.gov.az