18.05.2024 20:53
Fərəc Rza oğlu FƏRƏCOV
Fərəc Rza oğlu FƏRƏCOV

Fərəc Rza oğlu FƏRƏCOV

Dairə: 38 saylı Yaycı seçki dairəsi

 

1947-ci il iyulun 1-də Culfa rayonunun Yaycı kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialının Azərbaycan dili və ədəbiyyatı fakültəsini bitirmişdir. 15 bədii və publisistik kitabın müəllifidir.

2021-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası N.Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən “Fərəc Fərəcov yaradıcılığının problematikası, janr müxtəlifliyi və bədii xüsusiyyətləri” adlı monoqrafiya buraxılmışdır. Kitabın müəllifi professor Salidə Şərifova, önsözün müəllifi akademik İsa Həbibbəylidir.

1971-1972-ci illərdə Culfa şəhər orta məktəbində müəllim, 1972-1977-ci illərdə “Zəfər” qəzetində şöbə müdiri, 1977-1988-ci illərdə “Şərq qapısı” qəzetində xüsusi müxbir, 1988-1994-cü illərdə “Zəfər” (Arazın səsi) qəzetində redaktor, 1994-1996-cı illərdə Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, 1996-2005-ci illərdə “Arazın səsi” qəzetinin məsul katibi və 2005-2012-ci illərdə Naxçıvan Mətbuat Şurasının sədri vəzifələrində çalışmışdır.

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə buraxılmış “Xatirə” qızıl medalı, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-1920)” yubiley medalı, Naxçıvan Muxtar Respublikasının “Əməkdar jurnalisti” fəxri adı, Naxçıvan MSSR Ali Sovetinin Fəxri Fərmanı və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri Fərmanı ilə təltif edilmiş, “Qızıl qələm” və “Xalqın nüfuzlu ziyalısı” fəxri mükafatlarına layiq görülmüşdür.

Culfa Rayon Xalq Deputatları Məclisinin deputatı (1990-1995) və ikinci, üçüncü, dördüncü və beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur.

Evlidir, 4 övladı var.

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Üzv olduğu komitə və komissiyalar: Ali Məclisin Sosial siyasət komitəsi

E-mail: faraj.farajov@alimajlis.gov.az