18.05.2024 21:53
Qadir Abbas oğlu İBRAHİMOV
Qadir Abbas oğlu İBRAHİMOV

Qadir Abbas oğlu İBRAHİMOV

Dairə: 37 saylı Culfa şəhər seçki dairəsi

 

1956-cı il noyabrın 5-də Culfa rayonunun Camaldın kəndində anadan olmuşdur. Naxçıvan Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsini bitirmişdir.

1974-1975-ci illərdə və 1977-1982-ci illərdə Culfa rayon H.Cavid adına Üzümçülük Sovxozunda fəhlə, 1982-1987-ci illərdə Culfa Rayon Komsomol Komitəsində təlimatçı-şöbə müdiri, 1987-1991-ci illərdə Culfa Rayon Partiya Komitəsində təlimatçı-şöbə müdiri, 1991-1993-cü illərdə Culfa Rayon XDM İcraiyyə Komitəsində təlimatçı-məsləhətçi, 1993-1994-cü illərdə Culfa Rayon Xalq Təhsili Şöbəsində metodist, 1994-2000-ci illərdə Culfa Rayon İcra Hakimiyyətində şöbə müdiri işləmişdir. 2000-ci ildən Yeni Azərbaycan Partiyasının Culfa Rayon Təşkilatının sədri vəzifəsində çalışır.

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə buraxılmış “Xatirə” qızıl medalı təltif edilmiş, Naxçıvan Muxtar Respublikasının “Əməkdar dövlət qulluqçusu” fəxri adı verilmişdir.

İkinci, üçüncü, dördüncü və beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur.

Evlidir, 3 övladı var.

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Üzv olduğu komitə və komissiyalar: Ali MəclisinHüquq siyasəti komitəsi

E-mail: gadir.ibrahimov@alimajlis.gov.az