18.05.2024 19:34
Cəbi Əziz oğlu İSMAYILOV
Cəbi Əziz oğlu İSMAYILOV

Cəbi Əziz oğlu İSMAYILOV

Dairə: 35 saylı Kolanı seçki dairəsi

 

1949-cu il martın 22-də Şahbuz rayonunun Aşağı Qışlaq kəndində anadan olmuşdur. Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsini bitirmişdir. Tibb üzrə fəlsəfə doktoru, dosentdir. 1 monoqrafiya və 60-dan çox elmi məqalənin müəllifidir.

1972-1974-cü illərdə Musa Nağıyev adına Təcili Tibbi Yardım Xəstəxanasında tibb qardaşı, 1974-1975-ci illərdə həmin xəstəxanada həkim-interna vəzifələrində çalışmışdır. 1977-ci ildən Naxçıvan Muxtar Respublika Xəstəxanasında həkim-cərrah kimi çalışmağa başlamışdır. 2001-ci ildən Naxçıvan Dövlət Universitetində müəllim və baş müəllim vəzifələrində işləmiş, 2014-cü ildən Naxçıvan Dövlət Universitetinin dosentidir.

Azərbaycan Respublikasının “Əməkdar həkimi” və Naxçıvan Muxtar Respublikasının “Əməkdar həkimi” fəxri adları verilmişdir.

İkinci, üçüncü, dördüncü və beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur.

Evlidir, 3 övladı var.

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Üzv olduğu komitə və komissiyalar: Ali Məclisin Sosial siyasət komitəsi, Azərbaycan Tibb Universitetində Cərrahiyyə üzrə problem komissiyası

E-mail: jabi.ismayilov@alimajlis.gov.az