Dairə: 33 saylı Naxçıvan şəhər seçki dairəsi
1963-cü il yanvarın 13-də Naxçıvan şəhərində anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunun Sənayenin elektronikası ixtisasını bitirmişdir.
1984-1989-cu illərdə “Sayuz Neft-Avtomatika”da mühəndis, 1989-1990-cı illərdə Azərkosmos “Araz” Naxçıvan filialında mühəndis, 1990-2001-ci illərdə “Həyat” kiçik müəssisəsinin direktoru, 2001-2003-cü illərdə Naxçıvan Şəhər Qaz Doldurma Stansiyasının rəisi, 2003-2023-cü illərdə Naxçıvan Neft və Qaz Məhsulları Təminatı Müəssisəsində direktor vəzifəsində çalışmışdır.
“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-1920)” yubiley medalı və Naxçıvan Muxtar Respublikasının “Əməkdar mühəndisi” fəxri adı ilə təltif edilmişdir.
Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur.
Evlidir, 3 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası
Üzv olduğu komitə və komissiyalar: Ali Məclisin İqtisadi siyasət komitəsi
E-mail: behruz.azimov@alimajlis.gov.az