17.07.2024 21:30
Nazim Məmməd oğlu MƏMMƏDOV
Nazim Məmməd oğlu MƏMMƏDOV

Nazim Məmməd oğlu MƏMMƏDOV

Dairə: 31 saylı Naxçıvan şəhər seçki dairəsi

 

1967-ci il aprelin 16-da Naxçıvan şəhərində anadan olmuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Xalq təsərrüfatının planlaşdırılması ixtisasını və Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq ixtisasını bitirmişdir.

1987-1988-ci illərdə Naxçıvan Muxtar Respublikası 5 saylı Tikinti Trestinin 101 saylı Səyyar Mexanikləşdirilmiş Dəstəsində iqtisadçı, 1988-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Avtotexniki Xidmət Stansiyasında baş iqtisadçı, 1993-1995-ci illərdə Naxçıvan Muxtar Respublikası Dövlət Xarici İqtisadi Əlaqələr Komitəsində baş mütəxəssis, 1995-2006-cı illərdə Naxçıvan Muxtar Respublikası Balıqçılıq Təsərrüfatı İstehsalat Birliyində baş direktor vəzifələrində işləmişdir.  2006-cı ildən Naxçıvan “Balıqçılıq Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsində çalışır.

Naxçıvan Muxtar Respublikasının “Əməkdar dövlət qulluqçusu” fəxri adı verilmişdir.

Üçüncü, dördüncü və beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur.

Evlidir, 2 övladı var.

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Üzv olduğu komitə və komissiyalar: Ali Məclisin İqtisadi siyasət komitəsi

E-mail: nazim.mammadov@alimajlis.gov.az