Dairə: 29 saylı Naxçıvan şəhər seçki dairəsi
1974-cü il sentyabrın 30-da Babək rayonunun Şıxmahmud kəndində anadan olmuşdur. Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq-riyaziyyat fakültəsini bitirmişdir.
1998-2004-cü illərdə Naxçıvan şəhər 13 nömrəli tam orta məktəbdə müəllim və 2004-2009-cu illərdə Heydər Əliyev adına tam orta məktəbdə müəllim kimi işləmiş, 2009-cu ildən Naxçıvan Qızlar Liseyinin direktoru vəzifəsində çalışır.
“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilmiş, Naxçıvan Muxtar Respublikasının “Əməkdar müəllimi” fəxri adı verilmişdir.
Dördüncü və beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası
Üzv olduğu komitə və komissiyalar: Ali Məclisin Hüquq siyasəti komitəsi, Ali Məclisin İntizam komissiyası
E-mail: aida.allahverdiyeva@alimajlis.gov.az