17.07.2024 21:18
Vüsalə Abazər qızı ƏLİYEVA
Vüsalə Abazər qızı ƏLİYEVA

Vüsalə Abazər qızı ƏLİYEVA

Dairə: 2 saylı Heydərabad seçki dairəsi

 

1981-ci il sentyabrın 2-də Babək rayonunun Cəhri kəndində anadan olmuşdur. Naxçıvan Özəl Universitetinin Azərbaycan dili və ədəbiyyatı fakültəsini bitirmişdir.

2003-2010-cu illərdə Sədərək rayon Sədərək kənd 1 nömrəli tam orta məktəbində müəllim, 2010-2016-cı illərdə Sədərək rayon Sədərək kənd 2 nömrəli tam orta məktəbində kitabxana müdiri işləmiş, eyni zamanda 2010-cu ildən həmin məktəbdə müəllim vəzifəsində işləyir.

2011-2020-ci illərdə Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatında Qadınlar Şurasının Sədri, eyni zamanda həmin təşkilatda İdarə Heyətinin üzvü olmuşdur. Hazırda Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatında İdarə Heyətinin üzvüdür.

“Tərəqqi” medalı ilə təltif edilmişdir.

Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur.

Evlidir, 2 övladı var.

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Üzv olduğu komitə və komissiyalar: Ali Məclisin Humanitar siyasət komitəsi, Ali Məclisin İntizam komissiyasının sədr müavini

E-mail: vusala.aliyeva@alimajlis.gov.az