18.05.2024 22:10
Aidə Məhəmməd qızı CƏLİLZADƏ
Aidə Məhəmməd qızı CƏLİLZADƏ

Aidə Məhəmməd qızı CƏLİLZADƏ

Dairə: 28 saylı Naxçıvan şəhər seçki dairəsi

 

1987-ci il mayın 24-də Babək rayonunun Babək qəsəbəsində anadan olmuşdur. Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsini ingilis dili ixtisası üzrə bitirmiş və həmin universitetdə magistr təhsili almışdır. 19 elmi və çoxsaylı publisistik məqalələrin müəllifi, 2 kitabın tərcüməçisi və 2 kitabın elmi rəyçisidir.

2009-2011-ci illərdə Naxçıvan Dövlət Universitetində akademik məsləhətçi və 2011-2021-ci illərdə həmin universitetdə müəllim, 2021-2023-cü illərdə Naxçıvan Dövlət Universitetinin İngilis dili və tərcümə kafedrasında baş müəllim vəzifələrində işləmişdir. Hazırda Naxçıvan Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsində çalışır.

Azərbaycan Respublikasının ərazi bütövlüyü və onun müstəqilliyi uğrunda canlarından keçən şəhidlərin ailələrinə, habelə sağlamlığını itirən şəxslərə dəstəyin göstərilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasında yaradılan “Dəstək” fondunun himayəçilik şurasının üzvüdür. Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinə Azərbaycan nümayəndə heyətinin üzvü, həmçinin Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin Cari Məsələlər Komitəsinin birinci vitse-prezidentidir.

Evlidir, 2 övladı var.

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Üzv olduğu komitə və komissiyalar: Ali Məclisin Hüquq siyasəti komitəsinin sədr müavini

E-mail: aida.jalilzada@alimajlis.gov.az