18.05.2024 17:43
Yazgül Həsənəli qızı RZAYEVA
Yazgül Həsənəli qızı RZAYEVA

Yazgül Həsənəli qızı RZAYEVA

Dairə: 27 saylı Naxçıvan şəhər seçki dairəsi

 

1952-ci il martın 15-də Naxçıvan şəhərində anadan olmuşdur. 1975-ci ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Pediatriya fakültəsini bitirmişdir.

1975-1976-cı illərdə Bakı şəhərində Ə.Qarayev adına Uşaq Xəstəxanasında internatura kursu keçmişdir. 1976-1978-ci illərdə Naxçıvan şəhər Birləşmiş Uşaq Xəstəxanasında həkim-pediatr, 1978-1988-ci illərdə Naxçıvan şəhər Uşaq Xəstəxanası və Uşaq Poliklinikasında nevropatoloq, 1988-ci ildən Naxçıvan şəhər Uşaq Xəstəxanasında Nevroloji şöbənin müdiri vəzifəsində işləyir.

2001-ci ildən Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində müəllim, 2011-ci ildən isə baş müəllim vəzifəsində fəaliyyət göstərir.

2000-ci ildə Naxçıvan Muxtar Respublikasının “Əməkdar həkimi” fəxri adına layiq görülmüş, 2013-cü ildə Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə buraxılmış “Xatirə” qızıl medalı, 2022-ci ildə isə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

Üçüncü, dördüncü və beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur.

Evlidir, 3 övladı var.

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Üzv olduğu komitə və komissiyalar: Ali Məclisin Sosial siyasət komitəsi

E-mail: yazgul.rzayeva@alimajlis.gov.az