17.07.2024 19:43
Vüqar Zakir oğlu ABBASOV
Vüqar Zakir oğlu ABBASOV

Vüqar Zakir oğlu ABBASOV

Dairə: 24 saylı Naxçıvan şəhər seçki dairəsi

 

1974-cü il aprelin 12-də Naxçıvan şəhərində anadan olmuşdur. Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat və hüquq fakültələrini bitirmişdir. İqtisad elmləri üzrə fəlsəfə doktorudur. 10 elmi məqalənin müəllifidir.

“Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının qurucusu və prezidenti, eyni zamanda ASK-nın vitse-prezidenti, Dövlət Gömrük Komitəsi ilə ASK Əməkdaşlıq Şurasının həmsədri, Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının İdarə Heyətinin sədridir.

“Tərəqqi” medalı və "Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə" nişanı ilə təltif edilmişdir.

Evlidir, 4 övladı var.

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Üzv olduğu komitə və komissiyalar: Ali Məclisinİqtisadi siyasət komitəsi, ASK-da Ticarət müəssisələri ilə iş komissiyası

Üzv olduğu Beynəlxalq təşkilatlar: Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Biznes Şurası, Türk Dövlətləri Təşkilatının Türk Ticarət və Sənaye Palatası Birliyinin üzvü

E-mail: vugar.abbasov@alimajlis.gov.az